İsrailli nazirin Fransaya girişi qadağan edildi

İsrailli nazirin Fransaya girişi qadağan edildi

İsrailin maliyyə naziri Betsalel Smotriçin Fransaya daxil olması qadağan olunub. 

Fransanın xarici işlər naziri Jan-Noel Barro İordan çayının qərb sahilindəki məskunlaşma siyasəti və zorakılıq hadisələri səbəbindən dörd məskunlaşma təşkilatının lideri ilə 21 zorakılıq tərəfdarı olan məskunlaşmaçını Fransa ərazisinə buraxmamaq barədə qərar qəbul etdiklərini bəyan edib.

"Cebheinfo.az" xəbər verir ki, Barro "X" platformasındakı paylaşımında "iki dövlətli həllə möhkəm bağlı olan beynəlxalq birliyin böyük əksəriyyətinin qəbul edə bilməyəcəyi bir siyasəti" pisləyərək, sanksiyaların Böyük Britaniya, Kanada, Avstraliya, Yeni Zelandiya və Norveç ilə koordinasiyalı şəkildə tətbiq edildiyini bildirib.

“Agence France-Presse” (AFP) agentliyinin məlumatına əsasən, ifrat sağçı "Dini Sionist" Partiyasının üzvü Smotriç Fransanın son aylarda ölkəyə girişini qadağan etdiyi ikinci İsrail naziri olub.

Ötən ay Fransa Qəzzaya yardım aparan gəmidə əlləri bağlı aktivistlərə nəzarət zamanı işgəncə verdiyi əsası ilə İsrailin Milli Təhlükəsizlik Naziri Itamar Ben-Qvirə də qadağa qoymuşdu.

Ben-Qvir və Smotriç İsrailin Baş naziri Benyamin Netanyahunun sağçı koalisiya hökumətinin əsas sütunlarından birini təşkil edir.

İrlandiya ötən günlərdə hər iki nazirin ölkəyə girişini qadağan etdiyi halda, Böyük Britaniya ötən ilin iyun ayında bu ikiliyə qadağa qoymuşdu; İspaniya və Sloveniya da bu qərarı dəstəkləmişdi.

Nigar Hacılı 
"Cebheinfo.az"