İstanbul Böyük Şəhər Bələdiyyəsinə qəyyum təyin olunacaq? - AÇIQLAMA

İstanbul Böyük Şəhər Bələdiyyəsinə qəyyum təyin olunacaq? - AÇIQLAMA

Əkrəm İmamoğlunun həbsindən sonra İstanbul Böyük Şəhər Bələdiyyəsinə qəyyum təyin olunacağı barədə iddialara son nöqtə qoyulub. 

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl danışıb.

Siyasətçi artıq belə bir ehtimalın ortadan qalxdığını açıqlayıb. O, həbs olunan İstanbul Böyük Şəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna qarşı terror ittihamının rədd olunduğunu diqqətə çatdırıb:

"İmamoğlu ilə bağlı terror ittihamı rədd olundu. Bununla da İstanbul Böyük Şəhər Bələdiyyəsinə qəyyum təyin olunma ehtimalı ortadan qalxdı. Əkrəm İmamoğlunun tezliklə azadlığa çıxması üçün lazımi etirazları edəcəyik".

Elmir Mustafa
"Cebheinfo.az"