İsveçrədə iki günlük Qlobal Sülh Sammiti başlayır

İsveçrədə iki günlük Qlobal Sülh Sammiti başlayır

Bu gün İsveçrədə 92 ölkə və 8 beynəlxalq təşkilatın iştirakı ilə Qlobal Sülh Sammiti öz işinə başlayacaq.

APA-nın xəbərinə görə, müzakirələrin gündəliyinə ərzaq və nüvə təhlükəsizliyi, eləcə də ukraynalı uşaqların geri qaytarılması kimi məsələlər salınıb.

Toplantının gedişində tərəflərin Rusiya ilə danışıqlara dair ortaq mövqe formalaşdıracağı gözlənilir.

Qeyd edək ki, bir qədər əvvəl Rusiya və Çin iki günlük sammitin işində iştirakdan imtina edib.

"Cebhe.info"