İvanişvilinin Rusiyada hələ də biznesi var
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri və təsisçisi Bidzina İvanişvilinin Rusiyada hələ də mülkü var.
Modern.az "Exo Kavkaza"ya istinadən xəbər verir ki, İvanişvili Rusiyadakı "Aqua-Space" şirkətinin sahibidir.
O, Britaniyanın Virciniya adalarında yerləşən ofşor şirkəti vasitəsilə şirkətə sahiblik edir. 2023-cü ildə şirkət on milyonlarla rublu dövlətin nəzarətində olan "Sberbank"a (sanksiya altında olan) müddətli depozitlərə köçürüb və sonra onları faizlə geri götürüb. 2023-cü ilin sonunda "Aqua-Space", demək olar ki, 800 min dollarlıq ümumi mənfəət əldə edib.
"Aqua-Space"in əsas fəaliyyəti, Rusiya hüquqi şəxslərin dövlət reyestrinə əsasən, öz qeyri-yaşayış binalarının alqı-satqısıdır. Şirkətin maliyyə sənədlərinə əsasən, 2023-cü ildən onun hesablarına Moskvanın Sokol rayonundakı nüfuzlu “rəssamlar kəndi”ndə ev kirayə vermək üçün aylıq icarə haqqı – ümumilikdə təxminən 94.000 dollar daxil olub. Bu ev hələ də siyasətçinin həyat yoldaşı Yekaterina Xvedelidze və onların oğlu Utaya məxsusdur. Sahiblik ilk dəfə İvanişvilinin 2012-ci il bəyannaməsindən məlum olub.
“[Yeni aktivlər haqqında məlumat] onun [Rusiya ilə] əlaqələri heç vaxt dayandırmadığını bir daha təsdiqləyir. Bizi inandırdılar ki, onun Rusiyada heç nəsi yoxdur və artıq Rusiya ilə əlaqəsi yoxdur. Biz mülki sektorun nümayəndələri belə bir təhlükənin olduğunu iddia edəndə haqlı idik”, - Gürcüstanın İqtisadi Siyasət Araşdırmaları Mərkəzinin icraçı direktoru Nino Evgenidze bildirib.
"Cebheinfo.az"