Kadırov 3 min çeçeni döyüşə göndərir

Kadırov 3 min çeçeni döyüşə göndərir

Çeçenistan rəhbəri Ramzan Kadırov daha üç min “layiqli çeçen əsgəri” müharibə zonasına göndərilməyə hazırdır.

Onun sözlərinə görə, onlar artıq Rusiya Müdafiə Nazirliyi və Rusiya Milli Qvardiyasının yeni bölmələrinin tərkibində xidmətə başlayıblar.

Cebhe.info xəbər verir ki, Kadırov “Ali Baş Komandanımız Vladimir Putinin qarşıya qoyduğu vəzifələrin həlli üçün biz heç bir səy və vasitəmizi əsirgəməyəcəyik”, - “Telegram” kanalında yazıb.

Kadırov qeyd edib ki, Şimali Qafqazın Benoyevski rayonunun Baysanqur adına yeni əməliyyat batalyonunun döyüşçüləri ən yaxşı texnikaya və müasir silahlara malikdir: 

“Bundan əlavə, uşaqlar yüksək döyüş hazırlığı ilə seçilir, nəticələr əldə etmək üçün çox həvəslidirlər və istənilən mürəkkəblikdəki əmrləri yerinə yetirməyə qadirdirlər”.

Xəzər
Cebhe.info