Keşiş Baqrat yenidən fəallaşır: Paşinyanı devirmək planı…
Arxiyepiskop Baqrat Qalstanyan tərəfdarlarını yaxın günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyana qarşı mübarizənin yeni mərhələsinə başlamağa çağırıb:
“Müqəddəs Mübarizə” çox mühüm, yeni mərhələnin başlanğıcına yaxınlaşır”.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə müxalif mövqeli “Srbazan paykar” (“Müqəddəs mübarizə”) “Telegram” kanalı məlumat yayıb.
“22 sentyabr saat 14:30-da K.Dəmirçyan adına İdman-Konsert Kompleksində görüşəcəyik. Bu əlamətdar görüşdə hər birinizin iştirakı son dərəcə vacibdir.
Biz yalnız birlikdə həqiqətin son qələbəsinə və ruhani Ermənistanın yaradılmasına nail ola bilərik. Hamınızı gözləyirik!”, - Baqratın müraciətində belə deyilir.
Müşfiq Abdulla
“Cebheinfo.az”