Moskva vilayətində avtomobil partladılıb: General-leytenant ölüb - VİDEO - YENİLƏNİB
Moskva vilayətinin Balaşixa şəhərində avtomobilin partladılması nəticəsində yüksək rütbəli hərbçi həlak olub.
APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
VÇK-OQPU və "Rucriminal.info" saytındakı mənbə həlak olan şəxsin general-leytenant rütbəsinə malik olduğunu bildirib.
Bomba BMW-yə yerləşdirilib və avtomobil hərəkətdə olarkən partlayıb.
***
10:32
Moskva vilayətinin Balaşixa şəhərində avtomobil partlayıb.
APA-nın Rusiya bürosu xəbər verir ki, partlayış səhər saat 05:30 radələrində baş verib.
Şahidlərin sözlərinə görə, sürücü BMW X3-ün mühərrikini işə salanda avtomobil partlayıb.
Şahidlər sürücünü yanan avtomobildən çıxara biliblər, lakin o, daha sonra ölüb.
Faktla bağlı Rusiya İstintaq Komitəsində cinayət işi başlanıb, araşdırma aparılır.
"Cebheinfo.az"

