KİV: NATO-nun dağılması zaman məsələsidir

KİV: NATO-nun dağılması zaman məsələsidir

“NATO-nun dağılması zaman məsələsidir”.

“Cebhe.info”-nun məlumatına görə, bu barədə ABŞ-nin məşhur “Politico” nəşrinin şərhçisi Metyu Karniçniq öz məqaləsində qeyd edib.

Bildirib ki, Avropa İttifaqı ölkələri təhlükəsizlik baxımından ABŞ və NATO-ya arxalana bilməz.

Jurnalisti hesab edir ki, ABŞ-da keçiriləcək prezident seçkiləri hərbi alyansın dağılma vaxtını müəyyən edəcək.

“İndiki mərhələdə Trampın ABŞ-dakı seçkilərdə yenidən qalib olub-olmayacağının praktiki olaraq əhəmiyyəti yoxdur. Avropa tək qalıb. Belə bir vəziyyətdə Avropa ölkələri Ağ Evin hazırkı rəhbəri Co Baydenin dövründə yalançı təhlükəsizlik hissi məsələsi səbəbindən əvvəllər təxirə salınmış  “B planı” üzərində işləmək məcburiyyətində qalacaqlar”, - deyə analitik yazıb.

Qeyd edək ki, bu günlərdə NATO-nun Baş katibi Rusiya Federasiyası ilə mümkün qarşıdurmanın 10 illərlə davam edə biləcəyini bəyan edib.

Müşfiq Abdulla

“Cebhe.info”