Kolumbiyada fövqəladə vəziyyət elan edilib

Kolumbiyada fövqəladə vəziyyət elan edilib

Kolumbiyada dəstələrlə mübarizə üçün bütün həbsxanalarda “fövqəladə vəziyyət” elan edilib.

"Cebhe.info" xəbər verir ki, ədliyyə naziri Nestor Osuna keçirdiyi mətbuat konfransında qərarın son həftələrdə həbsxana məmurlarına qarşı törədilmiş zorakılıq hadisələri səbəbindən verildiyini bildirib.

Təhlükəsizlik qüvvələrinin xüsusilə sıxlıq olan həbsxanalarda əməliyyatlar həyata keçirə biləcəyini ifadə edən Osuna, "Milli Həbsxana İnstitutu INPEC ilə görüşümüzdən sonra "fövqəladə vəziyyət" elan etmək qərarına gəldik. Məqsədimiz həbsxanalardakı mühafizəçilərin təhlükəsizliyini təmin etmək, rüşvətxorluğu və korrupsiyanı aradan qaldırmaqdır”.

Osuna həbsxanalarda "sürpriz basqınlar və axtarışlar" həyata keçirilə biləcəyini, cinayət törətdikləri aşkarlananların başqa həbsxanalara köçürüləcəyini bildirib.

Xatırladaq ki, fevralın 10-da Valle del Kauka inzibati bölgəsindəki Tulua şəhərində INPEC-in yüksək vəzifəli məmurlarından biri olan Xesus Kardenas iki silahlı şəxsin hücumuna məruz qalıb. Hadisə zamanı Xesus Kardenas həyatını itirib.

Hücumun həbsxanalara bağlı dəstə üzvləri tərəfindən həyata keçirildiyi təxmin edilir.

Təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı “La İnmaculada” adlı dəstə başçısı və “Nacho” ləqəbli Maurisio Marin Silva yaxalanıb.

Nigar Hacılı 
"Cebhe.info"