Kontr-admiral: “Heç bir düşmən İranı işğal edə bilməyəcək”
“Heç bir düşmən respublikanın çəkindirici gücü sayəsində İran ərazisini işğal edə bilməyəcək”.
“Cebheinfo.az” xəbər verir ki, bunu İran Ordusunun koordinasiya üzrə komandirinin müavini kontr-admiral Həbibullah Səyyari bildirib.
Səyyari şənbə günü axşam Yəzd vilayətinin Milli Şəhidlər Konqresində belə çıxış edib.
Səkkiz illik müdafiəni və müxtəlif qüvvələrin döyüş meydanındakı rolunu xatırladan Səyyari vurğulayıb ki, İran İslam Respublikası müharibə zamanı öz çəkindirici gücünü dünyaya nümayiş etdirib və bu gün də ölkə öz düşmənləri ilə ləyaqətlə üzləşməkdə davam edir.
O, həmçinin regionda baş verən mühüm hadisələrdə İranın böyük rolunu vurğulayaraq, İslam Respublikasının beynəlxalq aləmdə statusunun yaxşılaşdığını qeyd edib.
Heç kimin İranı işğal etməyə cəsarət etməyəcəyini deyən general ordunun quru qüvvələrinin və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nəinki silah qıtlığının olmadığını, həm də onu ixrac etmək imkanına malik olduğunu bildirib.
Xəzər
“Cebheinfo.az”