Kosovoda seçkilərin qalibi müəyyənləşdi
Balkanlarda siyasi qeyri-sabitliyin davam etdiyi Kosovo Respublikasında keçirilən növbədənkənar parlament seçkilərində hazırkı Baş nazir Albin Kurtinin rəhbərlik etdiyi “Vetevendosje” (Öz Müqəddəratını Təyinetmə Hərəkatı) səslərin 43 faizini toplayaraq qalib gəlib.
"Cebheinfo.az" xəbər verir ki, son 16 ay ərzində keçirilən üçüncü seçkilərdə Kosovo Demokrat Partiyası (PDK) 21,11 faiz, Kosovo Demokratik Liqası (LDK) 17,68 faiz, Kosovo Gələcəyi Uğrunda Alyans (AAK) isə 7,21 faiz səs qazanıb.
Siyasi böhranın əsas səbəbi parlamentin yeni prezident seçə bilməməsi və bunun nəticəsində hökumətin formalaşdırılmasının mümkün olmaması idi.
Nigar Hacılı
"Cebheinfo.az"

