Kuleba: “Vaşinqton Krımda Amerika silahlarının istifadəsinə qarşı deyil”

Kuleba: “Vaşinqton Krımda Amerika silahlarının istifadəsinə qarşı deyil”

“Rəsmi Vaşinqton Krımda Amerika silahlarının istifadəsinə qarşı deyil”.

“Report” "Wall Street Journal" qəzetinə istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

Onun sözlərinə görə, Ukrayna ABŞ-a Vaşinqtonun verdiyi silahlardan Rusiya ərazisində istifadə etməyəcəyinə söz verib. Nazir əlavə edib ki, Kiyevin üzərinə götürdüyü öhdəlik beynəlxalq səviyyədə Ukrayna ərazisi kimi tanınan Krıma şamil edilmir.

“Krım və Donbass Moskvanın nəzarətində olarsa, Ukrayna heç vaxt Rusiya ilə sülh sazişinə razı olmayacaq. Ukrayna bütün ərazilərini, o cümlədən Krımı, bəzilərini hərbi, digərlərini isə diplomatik yolla alacaq”.

Cebhe.info