Kuryerlər üçün yeni QADAĞA

Kuryerlər üçün yeni QADAĞA

Rusiyada Dövlət Dumasının deputatları elektrikli velosiped və skuterlərdən istifadə edən kuryerlərin səki üzərində hərəkət etməsini qadağan etməyi təklif ediblər.

"Cebheinfo.az" xəbər verir ki, Rusiya Federasiyasının nəqliyyat naziri Andrey Nikitinə bu təklif, xüsusilə böyük şəhərlərdə artan qəza hallarına qarşı həll yolu tapmağı hədəfləyir.

Deputatlar bildirirlər ki, elektrikli skuterlər və velosipedlərlə bağlı baş verən qəzaların təxminən üçdə ikisi səki üzərində baş verir və bu hadisələrin əksəriyyətinə təhlükəsiz sürüş təlimi almadan çalışan kuryerlər səbəb olur.

Təklifə qarşı çıxanlar isə bu qadağanın daha ciddi problemlərə yol aça biləcəyini vurğulayırlar.Kuryerlərin səki üzərindən uzaqlaşdırılması halında, onların avtomobil axını arasında qalmasının qaçılmaz olduğu qeyd olunur. Bu vəziyyət, saatda 25–35 km sürətlə hərəkət edən kuryerləri motorlu nəqliyyat vasitələri arasında ciddi şəkildə müdafiəsiz buraxa bilər.

Bundan əlavə, Rusiyada velosiped və skuterlər üçün yetərli infrastrukturun olmaması da qadağanın tətbiq olunma imkanlarını sual altına alır.

Mövzu ilə bağlı fikir bildirən mütəxəssislər yalnız qadağa yönümlü yanaşmanın problemi həll etməkdə yetərsiz qalacağını deyirlər. Onlar bunun əvəzinə genişmiqyaslı islahat paketinin hazırlanmasını təklif edirlər.

Əvvəlcə şəhərlərdə velosiped və skuterlər üçün təhlükəsiz hərəkət koridorlarının yaradılması vacib sayılır. Bundan əlavə, kuryerlər üçün məcburi təhlükəsizlik təlimlərinin keçirilməsi, elektrikli nəqliyyat vasitələri üçün sürət məhdudiyyətlərinin qoyulması və bu vasitələrin texniki standartlarının müəyyənləşdirilməsi digər təkliflər sırasındadır.

Nigar Hacılı 
"Cebheinfo.az"