Kvebekdə qasırğa: 180 mindən çox istehlakçı işıqsız qalıb

Kvebekdə qasırğa: 180 mindən çox istehlakçı işıqsız qalıb

Kanadanın şərqindəki Kvebek əyalətində tüğyan edən qasırğalar səbəbindən 180 mindən çox istehlakçı elektrik enerjisi əldə etməkdən məhrum olaraq işıqsız qalıb.

“Report” xəbər verir ki, bu barədə yerli “Hydro-Quebec” enerji şəbəkəsi şirkətinin açıqlamasında deyilir.

Kanada Milli Meteorologiya Bürosunun məlumatına görə, cümə axşamına keçən gecə küləyin sürəti regionun bəzi yerlərində 28 metr/saniyəyə çatıb. Əlverişsiz hava şəraiti əsasən Monreal və şəhərətrafı ərazilərə ziyan vurub.

Hazırda elektrik şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması ilə 940-a yaxın texniki mütəxəssis məşğul olur. Bölgədə elektrik enerjisinin verilməməsi səbəbindən bəzi məktəblər bağlanıb.

"Cebhe.info"