Lavrov: "Qərbin Rusiya ilə bağlı fantaziyaları tükənmir"

Lavrov: "Qərbin Rusiya ilə bağlı fantaziyaları tükənmir"

Qərb ölkələrinin Rusiyanın sözdə dekolonizasiyası ilə bağlı fantaziyaları bitmir.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xarici və Müdafiə Siyasəti Şurasının XXXII Assambleyasında deyib.

“Biz, əlbəttə, Qərbdəki beyin mərkəzlərinin nə etdiyini, bizə maksimum ziyan vurma ssenarilərini həyata keçirdiklərini müşahidə edirik. Onlar Kiyevə bütün yeni silah növlərinin çatdırılmasına çağırırlar. Rəsmi olaraq hökumət üzvləri səviyyəsində Rusiya ərazisinin hər hansı bir hissəsinə zərbələr endirməyə icazə verirlər”, - o bildirib.

S.Lavrov, həmçinin qeyd edib ki, müharibə xəttinin tərəfdarları hökumətlərindən hərbi-sənaye kompleksinə investisiyaları artırmağı, iqtisadiyyatı müharibə "relsinə" salmağı və Rusiyanın uydurma dekolonizasiyası haqqında fantaziya qurmağı tələb edirlər.

"Cebhe.info"