Lavrovdan NATO-ya ittiham: "Müdafiə döyüşü aparır”
“NATO ölkələri öz ərazilərinin sərhədlərindən uzaqda, Asiya-Sakit okean regionunda “müdafiə döyüşləri” aparmaq niyyətindədirlər”.
“Cebheinfo.az”-ın məlumatına görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov belə deyib. Xarici işlər naziri Qərb ölkələrini qınayaraq müharibələrin onlar üçün heç vaxt əsas olmadığını deyib. O, buna misal olaraq Ukraynadakı münaqişəni göstərib.
Lavrov qeyd edib ki, iyul ayında Vaşinqtonda keçirilən sammitdə NATO üzvləri alyansın təkcə Avroatlantik məkanda deyil, həm də Asiya-Sakit okean regionunda aparıcı rolu ilə bağlı iddialarını təsdiq ediblər.
“Əgər NATO-nun bəyannaməsini oxusanız, məlum olar ki, öz üzvlərinin ərazisini qorumaq üçün bu “müdafiə” alyansı “müdafiə” döyüşlərini həm Cənubi Çin dənizində, həm də sahillərindən min mil aralıda yerləşən Tayvan boğazında aparmaq niyyətindədir”,-deyə Lavrov əlavə edib.
Lavrov bundan əvvəl Yaponiyanın “Asiya NATO-su” yaratmaq ideyalarını şərh edib.
Onun sözlərinə görə, bu, qaynar fazaya çevrilə biləcək qarşıdurma riski əmələ gətirir.
Müşfiq Abdulla
“Cebheinfo.az”