Londonda etiraz aksiyaları: 15 nəfər saxlanıldı

Londonda etiraz aksiyaları: 15 nəfər saxlanıldı

London polisi Yaxın Şərqdəki münaqişəyə qarşı etiraz aksiyaları zamanı 15 nəfərin saxlanıldığını bildirib.

"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, Böyük Britaniyanın paytaxtında bu gün iki müxtəlif etiraz aksiyası keçirilib.

Bunlardan biri Fələstin Həmrəylik Kampaniyası və oxşar qruplar tərəfindən təşkil olunan, digəri isə buna qarşı keçirilən etiraz aksiyası olub.

Polisin məlumatına görə, bir nəfər Böyük Britaniyada terror təşkilatı kimi qadağan olunmuş “Hizbullah”ı dəstəklədiyinə görə saxlanılıb. İctimai asayişin pozulması şübhəsi ilə saxlanan yeddi nəfərdən üçü irqçilikdə ittiham olunur. Həmçinin üç nəfər təcili yardım işçisinə hücumda, bir nəfər isə İctimai Asayiş Aktının şərtlərini pozmaqda, üç nəfər isə digər hücumlarda təqsirləndirilərək saxlanılıb.

"Cebheinfo.az"