Lukaşenko Belarusun müharibəyə hazırlaşdığını deyib

Lukaşenko Belarusun müharibəyə hazırlaşdığını deyib

Belarus müharibəyə hazırlaşır.

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko bildirib.

"Heç kimə inanmayın ki, biz vuruşmaq istəyirik. Biz müharibəyə hazırlaşırıq, mən bu barədə açıq deyirəm. Sülh istəyirsənsə, müharibəyə hazırlaş. Bunu mən fikirləşməmişəm. Bu, çox düzgün deyilib”, - deyə Lukaşenko Qrodnoya işgüzar səfəri zamanı qeyd edib.

Belarus prezidentinin sözlərinə görə, respublikada müvafiq bölmələrin lazımlı hazırlığı aparılır, qoşunlara müxtəlif növ silah və texnika verilir.

"Cebhe.info"