Lukaşenko: "Rusiya Avropa İttifaqı ölkələrinə hücum etmək fikrində deyil"
Rusiya Belarus vasitəsilə qonşu Avropa İttifaqı ölkələrinə hücum etmək fikrində deyil.
Bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bildirib.
Onun sözlərinə görə, Rusiya Belarus vasitəsi ilə Polşa və Baltikyanı ölkələrə hücum etməyə hazırlaşmır.
Lukaşenko əlavə edib ki, Qərb Minsk və Moskvanı boğmağa çalışır, bunun üçün də səbəblər axtarır.
"Cebheinfo.az"