Macarıstan Putinlə bağlı geri addm atdı

Macarıstan Putinlə bağlı geri addm atdı

“Bloomberg”-in Haaqadakı Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) Rusiya Prezidenti Vladimir Putinin həbsinə order verməsi ilə bağlı Aİ-nin birgə bəyanatının dərcinə veto qoyması ilə bağlı xəbəri təkzib edib.

Cebhe.info xəbər verir ki, Macarıstan Xarici İşlər Nazirliyinin sözçüsü Mate Patsolai “Bu yalandır”,- deyib.

“Həqiqət budur ki, Macarıstan qərarı nəzərə alır və bu barədə heç bir şərh vermək istəmir. Bununla belə, Ali Nümayəndə və ya hər hansı Aİ ölkəsi bəyanatla danışmaq istəsə, Macarıstan buna etiraz etməyəcək”.

Xatırladaq ki, “Bloomberg” martın 20-də öz mənbələrinə istinadən Macarıstanın mövqeyi ilə əlaqədar Borrellin öz adından bəyanat dərc etməyə məcbur qaldığını yazıb. Orada BCM-nin qərarının nəzərə alındığı bildirilir. Agentliyin məlumatına görə, Rusiya Prezidentinin həbsi üçün orderin verilməsi ilə bağlı Macarıstanın mövqeyi Aİ-nin martın 23-24-də Brüsseldə keçiriləcək növbəti sammitində ifadə edilə bilər.

“Bloomberg” qeyd edib ki, sammitdən sonra hazırlanan bəyannamə layihəsində Borrelin bəyanatı ilə eyni ifadəyə yer verlib. Agentlik mənbələri istisna etməyiblər ki, sammitdə bəzi Avropa liderləri ICC-nin qərarı ilə bağlı Rusiya hakimiyyətinə qarşı daha sərt ritorika tələb edə bilərlər.

Avropa İttifaqının ədliyyə nazirləri martın 20-də BCM-nin təhqiqatını dəstəkləyən bəyanatla çıxış ediblər. Macarıstan təmsilçisi buna imza atmayıb.

Martın 17-də BCM Putin və Rusiya Federasiyasının Prezidenti yanında Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Lvova-Belovanın ukraynalı uşaqların “qanunsuz deportasiyası” ittihamı ilə həbsinə order verib. Bu qərarı şərh edən Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov qeyd edib ki, Moskva BCM-nin yurisdiksiyasını tanımır. Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Haaqa məhkəməsindən alınan məlumatlardan danışaraq, BCM-nin qərarlarının Rusiya üçün heç bir mənası olmadığını və mümkün həbs orderlərinin hüquqi baxımdan etibarsız olduğunu bildirib.

Xəzər
Cebhe.info