Makron G7-nin sammitində iştirak etməyəcək

Makron G7-nin sammitində iştirak etməyəcək

Fransa Prezidenti Emmanuel Makron G7-nin Ukrayna ilə bağlı onlayn sammitində iştirak etməyəcək.

“Report” xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.

Nəşr qeyd edib ki, İtaliyanın Baş naziri Corcia Meloni Kiyevə səfər edib, oradan G7-nin digər liderləri, o cümlədən ABŞ Prezidenti Cozef Bayden ilə videobağlantı yaradılacaq. Makronun qərarı isə italyalı tərəfdaşlarına hörmətsizliyin ifadəsidir.

Bildirilib ki, bu sammitdə Fransanı müdafiə naziri Sebastyan Lekornu təmsil edəcək.

"Cebhe.info"