Makron istefaya gedir: Yeni prezident məlumdur - FOTO

Makron istefaya gedir: Yeni prezident məlumdur - FOTO

Fransa Prezidenti Emmanuel Makron Avropa Parlamentinə seçkilərdə ifrat sağçıların qələbəsindən sonra Milli Assambleyanın buraxıldığını və yeni seçkilərin təyin edildiyini açıqlayıb.

“Cebhe.info”-nun məlumatına görə, Fransa Prezidenti Emmanuel Makron ətrafı ilə vəzifəsindən istefa vermək imkanını müzakirə edib. “Prezidentin istefası tabu deyil. Bəli, bu gün biz bütün ssenariləri nəzərdən keçirməliyik”,-deyə “Europe 1” radiostansiyana açıqlama verən mənbə Makronun beş illik səlahiyyət müddətinin sonunu qurban verməyə hazır olduğunu qeyd edib. “İstefaya son çarə kimi baxılır, bu, üstünlük verilən variant deyil və qarşıdan gələn seçkiləri dramatikləşdirməyə xidmət etməlidir”.

Emmanuel Makron Marin Le Penin ifrat sağçı Milli Birlik Partiyasının Avropa Parlamentinə seçkilərdə qalib gəlməsindən sonra Fransanın qanunverici orqanının aşağı palatası olan Milli Assambleyanın buraxıldığını elan edib. Qeyd edək ki, Marin Le Pen 2022-ci ildə keçirilmiş seçkilərdə məğlub olduqdan sonra noyabr ayında partiya sədrliyindən istefa verib. İfrat sağçıların Makron üzərində qələbəsi də Le Penin siyasi varisi olan Jordan Bardellanın uğuru sayılır. Makron istefa verərsə, növbəti prezidentin də məhz Bardella olacağına dair proqnozlar üstünlük təşkil edir. 

“Europe 1”-in şərhinə görə, Fransada siyasi hadisələrin başqa variantı da mümkündür. Fransada prezident seçkilərinin keçiriləcəyi 2027-ci ilə qədər “Milli Birlik”lə “yanaşı yaşamaq” onların təhlükəsiz şəkildə uğursuzluğa düçar olmasına imkan vermək üçün bir fürsət ola bilər. 

Xatırladaq ki, “Milli Birlik” Avropa Parlamentinə keçirilən seçkilərdə 31,5 faiz səs toplayıb. Beləliklə,  Makronun 14,5 faiz seçici səsi qazana bilən “İntibah” Partiyasının daxil olduğu “Besoin d'Europe” koalisiyasını qabaqlayıb. Prezident Makron ifrat sağçıların bütün Avropada siyasi mövqeyinin gücləndiyini deyib. 

“Qitənin hər yerində ifrat sağçı partiyalar son illərdə Avropanın əldə etdiyi tərəqqiyə- istər iqtisadiyyatın bərpasına, istər Avropa sərhədlərinin birgə müdafiəsinə, istər fermerlərə dəstəyə, istərsə də Ukraynaya yardıma qarşı çıxıblar”. 

Müşfiq Abdulla 
“Cebhe.info”