Malidə avtomobil qəzasında ölənlərin sayı 40-a çatıb

Malidə avtomobil qəzasında ölənlərin sayı 40-a çatıb

Malinin cənubundakı Kenieba şəhərində avtomobil qəzası nəticəsində ölənlərin sayı 40-a çatıb.

“Report” xəbər verir ki, bu barədə“Reuters” agentliyi məlumat yayıb.

Malinin Nəqliyyat və İnfrastruktur Nazirliyi daha əvvəl fevralın 27-də Burkina Fasoya gedən avtobusun çay körpüsündən aşması nəticəsində 31 nəfərin öldüyünü bildirmişdi.

Burkina Faso tərəfinin məlumatına görə, ölənlər arasında bu ölkənin vətəndaşları da var.

"Cebhe.info"