MAQATE-nin direktoru Zaporojye AES-ə getdi

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) prezidenti Rafael Mariano Qrossi Zaporojye Atom Elektrik Stansiyasına baş çəkib.
Cebhe.info “TASS”-a istinadən xəbər verir ki, Qrossi Zaporojye Atom Elektrik Stansiyasında yoxlamalar aparıb.
Burada jurnalistlərə açıqlama verən Qrossi, stansiyada vəziyyətin yaxşı olmadığını deyib:
“Stansiyanı hücumlardan qorumaq üçün bütün mümkün tədbirlər görülməlidir. Zavodun mühafizəsi üçün bütün tərəflərin razılaşa biləcəyi real tədbirlər hazırlayıb təklif etməyə çalışıram”.
Qeyd edək ki, Ukraynanın cənub-şərqindəki Zaporojye Atom Elektrik Stansiyası Avropanın ən böyük atom elektrik stansiyasıdır.
Zaporojye Atom Elektrik Stansiyası 2022-ci il martın 4-də Rusiya ordusu tərəfindən ələ keçirilib. Rusiya Prezidenti Vladimir Putin 2022-ci il oktyabrın 5-də elektrik stansiyasının Rusiyanın mülkiyyətinə verilməsi haqqında fərman imzalayıb.
Cebhe.info