Maskın şirkətinə qarşı ittiham
İlon Maskın baş direktoru olduğu "SpaceX" şirkəti ABŞ-nin Texas ştatında suları çirkləndirməkdə ittiham olunub.
"Cebhinfo.az" xəbər verir ki, CNBC-nin hesabatında şirkətin tərkibində zərərli maddələr olan tullantıları Texas və ətrafdakı su ehtiyatlarına atdığı iddia edilib. Belə ki, "SpaceX"-in raketlərini buraxdığı "Starbase" obyekti Texasda yerləşir.
Texas Ətraf Mühitin Keyfiyyəti Komissiyası bildirib ki, ötən il avqustun 6-da 14 belə hadisə ilə bağlı şikayət məktubu daxil olub.
Araşdırmalar nəticəsində müəyyən edilib ki, "SpaceX" bu ilin mart-iyul ayları arasında 4 dəfə sənaye tullantı sularını ətraf su ehtiyatlarına axıdıb.
CNBC-nin hesabatına görə, bu il martın 13-də sistemdə pozuntuların olduğu bildirilsə də, "SpaceX" ertəsi gün "Starship"-i buraxıb.
Çirkab sularla bağlı ən böyük narahatlıq tərkibindəki civənin çox yüksək olduğunu göstərən sənədlərdən qaynaqlanır.
"SpaceX"-in evakuasiya sistemi ilə bağlı hazırladığı icazədə atqı nöqtələrindən birində 1 litr suda 113 mikroqram civə olduğu bildirilir.
Dövlətdə icazə verilən maksimum litr başına isə 2,1 mikroqramdır.
Şirkət iddia edir ki, suda "təsdiq edilə bilən miqdarda civə yoxdur və sənəddə hərf səhvi ola bilər.
Ləman İsmayıl
"Cebheinfo.az"