Məmurların xaricdə ev almasına QADAĞA
Mayın 7-də "Ədalətli Rusiya" Partiyasının lideri və Duma fraksiyasının rəhbəri Sergey Mironov məmurların və onların yaxın qohumlarının xarici əmlaka sahib olmasını qadağan etmək təklifi ilə çıxış edib.
“Cebheinfo.az” xəbər verir ki, o, bu barədə “RİA Novosti” agentliyinə bildirib:
"Biz məmurların və onların ailələrinin xarici əmlaka sahib olmasını qadağan edən, eləcə də bu cür mülkiyyəti gizlədənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsi təqdim edəcəyik".
Mironovun sözlərinə görə, ölkəsinin qələbəsinə qarşı çıxan hər kəs sərvət toplamış və xaricdə "ehtiyat aerodrom" - ev və ya mənzil almış "sakit korrupsioner məmur"dur.
Siyasətçi vurğulayıb ki, belə insanlar dövlət qulluqçusu adlandırılmağa layiq deyillər və ölkə üçün təhlükə yaradırlar.
Xəzər
“Cebheinfo.az”

