Minlərlə insan evakuasiya edilib

Avstraliyanın şərqindəki Yeni Cənubi Uels ştatında (NSW) şiddətli daşqın səbəbindən minlərlə insan təxliyə edilib.
"Cebheinfo.az" xəbər verir ki, güclü yağış ştatın bir çox bölgəsində daşqınlara səbəb olub. Meteorologiya Bürosu (BOM) sahil zolağında təsirli olan yağışlı hava şəraitinin şimala doğru irəlilədiyini və yağışların yaxın günlərdə də intensiv olaraq davam edəcəyini bildirib. NSW-nin Hunter Valley və Mid North Coast bölgələrində baş verən daşqınlar səbəbindən minlərlə insandan evlərini təxliyə etmək istənilib.
NSW əyalət fövqəladə hallar xidmətləri, Hunter bölgəsindəki bir çox evin bir gecədə boşaldıldığını, Dungog və Patersondakı bəzi küçələrdə yerli vaxtla saat 23:30-a qədər evakuasiya əmrinin verildiyini söylədi. Fövqəladə Hallar Xidməti ştatda yardım üçün 2000-dən çox müraciət aldığını, onlardan 1400-nə cavab verdiyini və 60 nəfərin təxliyə edildiyini bildirdi.
Bildirilib ki, ştatda həyata mənfi təsir göstərən leysan yağışlar və daşqınlar nəticəsində 4000-dən çox ev təsərrüfatı işıqsız qalıb. Səlahiyyətlilər, bölgədəki bir çox yolun nəqliyyat üçün bağlandığına və infrastrukturun zədələndiyinə diqqət çəkərək, qrupların kəsintiləri və infrastruktur problemlərini aradan qaldırmaq üçün intensiv işlədiyini bildirdi.
Digər tərəfdən, NSW Baş naziri Kris Minns də təbii fəlakətlə mübarizə çərçivəsində bölgələrə 1600 təcili yardım işçisinin göndərildiyini və 68 məktəbdə təhsilin dayandırıldığını bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"