Misirdə gizli danışıqlar gedir

Misirdə gizli danışıqlar gedir

İsrail nümayəndə heyətinin Şənbə günü Qahirədə girovların azad edilməsi və Qəzza zolağında atəşkəsin mümkünlüyü ilə bağlı müzakirələrin davam edəcəyi gözlənilir.

Yenisabah.az “The Jerusalem Post”a istinadla xəbər verir ki, bu barədə misirli mənbələr danışıb.

Onların məlumata görə, israillilər İsrail həbsxanalarında məhbus olan və İsrail hakimiyyətinin azad etmək niyyətində olmadığı fələstinlilərin adlarını Misir vasitəçilərinə təhvil verəcək və onların siyahısını tələb edəcəklər. Razılaşma çərçivəsində HƏMAS qruplaşmasının əlində olan girovlar azad edilə bilər.

Misirin xarici işlər naziri Sameh Şukri vəziyyəti şərh edərkən eyni zamanda deyib: “İsrail və HƏMAS arasında danışıqlarda razılığa gəldiyimizi hələ deyə bilmərik”.

Misir Qətər və ABŞ ilə birlikdə anklavda silahlı münaqişəyə son qoymaq üçün İsrail və Qəzza zolağında hökmranlıq edən Həmas qruplaşması arasında aparılan danışıqlarda vasitəçi kimi çıxış edir.

"Cebhe.info"