Moldova məhkəməsi müxalif “İntibah” partiyasının iki liderini həbs edib
Moldova məhkəməsi müxalif “İntibah” partiyasının iki liderini həbs edib.
Bu barədə partiyanın mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, partiya rəhbərləri Aleksandr Nesterovski ilə İrina Lozovan korrupsiyada və partiyanın maliyyələşdirilməsi qaydalarını pozmaqda ittiham olunaraq 30 sutka müddətinə həbs ediliblər.
Partiyadan o da bildirilib ki, vəkillər qəbul edilmiş qərardan apellyasiya palatasına şikayət vermək niyyətindədirlər.
Cebhe.info