MOSSAD-ın direktoru Misirə gedəcək

MOSSAD-ın direktoru Misirə gedəcək

İsrailin kəşfiyyat və xüsusi əməliyyatlar xidməti MOSSAD-ın direktoru David Barnea HAMAS-ın girov götürdüyü israillilərin azad edilməsi ilə bağlı danışıqlarda iştirak etmək üçün Misirə gedəcək.

APA xəbər verir ki, bu barədə İsrailin “Yedioth Ahronoth” gündəlik nəşri yazıb.

Barnea Misirə gedən nümayəndə heyətinə rəhbərlik edəcək, danışıqlarda ABŞ və Qətər nümayəndə heyətləri də iştirak edəcək.

Həmçinin əlavə olunub ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Börnslə David Barneanın Misir və Qətərin yüksək vəzifəli şəxsləri ilə görüşü gözlənilir.

"Cebhe.info"