Muğlada ZƏLZƏLƏ

Muğlada ZƏLZƏLƏ

Türkiyənin Muğla vilayətində yenidən zəlzələ qeydə alınıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə Kandilli Rəsədxanasının rəsmi X səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Köyceğiz rayonunda baş verən yeraltı təkan Rixter şkalası ilə 3 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 6.8 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

"Cebhe.info"