Nazir etiraf etdi: "Ehtiyatlar tükənir"

Nazir etiraf etdi: "Ehtiyatlar tükənir"

Rusiyada böyük və asanlıqla əldə edilə bilən faydalı qazıntı ehtiyatlarının demək olar tükəndiyi açıqlanıb.

"Cebheinfo.az" xəbər verir ki, Rusiyanın ətraf mühit naziri Aleksandr Kozlov Prezident Vladimir Putinlə görüşündə yeni böyük faydalı qazıntı yataqlarının kəşfində yaşanan çətinliklərə diqqət çəkib.
 
Kozlovun sözlərinə görə, mütəxəssislər indi Şərqi Sibir, Uzaq Şərq və Şimal qütbü kimi çətin coğrafiyalara üz tutmağa məcburdurlar.
 
Nazir Kozlov bildirib ki, mövcud resurslar tükənmək həddinə yaxınlaşsa da, Rusiyanın böyük potensialı var.
 
Uzaq Şərqin yalnız 35%-i və Sibirin 45%-i geoloji cəhətdən tədqiq edilmişdir. Bu bölgələrdəki kəşflərin mədən hasilatını artırmaq potensialına malik olduğu vurğulanır.
 
Kozlov bildirib ki, Rusiya hələ də 17 müxtəlif xammal idxalından asılıdır. Lakin onların 10-da ölkə daxilində ehtiyatların kifayət qədər olduğu açıqlanıb. Xüsusilə uran, xrom, manqan və titan kimi strateji sərvətlərdə kəşfiyyat işlərinin sürətləndirilməsinin vacibliyi qeyd edilib.

Nigar Hacılı 
"Cebheinfo.az"