Nigeriyada məsciddə partlayış: 17 ölü

Nigeriyada məsciddə partlayış: 17 ölü

Nigeriyanın Kano əyalətində məsciddə baş verən partlayış nəticəsində ölənlərin sayı 17-yə yüksəlib.

"Cebhe.info" xarici KİV-ə istinadən xəbər verir ki, Kano Polisinin İctimaiyyətlə Əlaqələr Mütəxəssisi Abdullahi Haruna verdiyi yazılı açıqlamada, ilkin məlumata görə, ötən həftə əyalətin Gezava bölgəsindəki Laraba Abasava kəndində səhər namazı zamanı neft barabanından qaynaqlanan partlayışın baş verdiyini bildirib.

Haruna qeyd edib ki, partlayış nəticəsində 17 nəfər ölüb, 6 nəfər yaralanıb.

Müalicəsi davam edən bəzi yaralıların vəziyyətinin ağır olduğunu bildirən Haruna, ölənlərin sayının artacağından narahat olduqlarını bildirib.

Qeyd edək ki, partlayışla bağlı aparılan araşdırmalar zamanı bir nəfər saxlanılıb.

Nigar Hacılı 
"Cebhe.info"