O da HƏMAS-ı təcavüzkar adlandırdı

O da HƏMAS-ı təcavüzkar adlandırdı

ABŞ Prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkof Qəzzada yenidən baş verən döyüşlərdə HƏMAS-ı günahlandıraraq deyib: 

“Əlbəttə, hamını masaya qaytarmağa və girovları evlərinə qaytarmağa ümid edirəm”. 

“Cebheinfo.az” xəbər verir ki, o,  “Fox News Sunday” proqramında verdiyi açıqlamada Qəzza zolağında yenidən baş verən qarşıdurmalara görə HƏMAS-ın məsuliyyət daşıdığını deyib. “Məqbul bir razılaşmamız olduğunu, hətta HƏMAS-dan da rəy aldığımızı düşünürdüm”- deyə bildirib. Proses zamanı aldadıla biləcəyi ehtimalını nəzərə aldığını qeyd edən Vitkof HƏMAS-ı təcavüzkar adlandırıb. ABŞ-nin İsrailin yanında olduğunu vurğulayan Stiven Vitkof Qəzzada atəşkəsin uzadılmasını ehtiva edən “körpü təklifi”nin HƏMAS-ı hərbsizləşdirmək üçün fürsət kimi qiymətləndirib. 

Diplomat HƏMAS-ın 40-50 günlük atəşkəs, tərksilah və “körpü təklifi”ni qəbul etmək üçün hər cür imkana malik olduğunu qeyd edib: 

“Onların hər cür imkanı var idi və bunu etməməyi seçdilər”. Vitkof HƏMAS-ın yenidən “əlini” uzadacağı halda Birləşmiş Ştatların vəziyyətə həssas yanaşacağını bildirib: “Əlbəttə, hamını masaya qaytarmağa və girovları evlərinə gətirməyə ümid edirəm”. Qeyd edək ki, yanvarın 19-da Qəzza zolağında qüvvəyə minən atəşkəsdən sonra İsrail ordusu martın 18-i səhər saatlarında şiddətli hücumlarını bərpa edib. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”