Ölkədə mənzil böhranı başlayıb

Ölkədə mənzil böhranı başlayıb

 Yaponiyada mənzil qiymətləri əvvəlki ilə nisbətən təxminən 15 faiz artıb.

"Cebhe.info" xəbər verir ki, 1973-cü ildən bəri hər il Yaponiyada mənzil qiymətlərini araşdıran "Daşınmaz Əmlak İqtisadiyyatı İnstitutu" 2023-cü il üçün araşdırmasını açıqlayıb.

Buna görə 2023-cü ildə ölkə daxilində orta mənzil qiymətləri bir əvvəlki ilə görə yüzdə 15,4 artaraq 59,1 milyon yenaya (395 min dollar) çatdı.

Araşdırma Yaponiyada orta mənzil qiymətlərinin son 7 ildə artmağa davam etdiyini bildirdi.

Tokionun və ətrafdakı Sayama, Çiba və Kanaqava şəhərlərinin daxil olduğu “Böyük Tokio” regionunun orta mənzil qiyməti isə 28,8 faiz artaraq 81 milyon yenaya (540 min dollar) çatıb.

Bildirilib ki, tikinti işçiləri xərclərinin artması, idxal olunan materialların daxilolma xərcləri və yapon yeninin dəyər itirməsi səbəbindən mənzil qiymətlərindəki artım 2024-cü ildə də davam edə bilər.

Nigar Hacılı 
"Cebhe.info"