Oman Sultanı Tehrana gedib- İLK DƏFƏ

Oman Sultanı Tehrana gedib- İLK DƏFƏ

Oman Sultanı Haytam bin Tarik bazar günü iki günlük səfər üçün İranın paytaxtı Tehrana gedib.

Cebhe.info bu barədə “Mehr”-ə istinadən yazır.

Tehranın Mehrabad Beynəlxalq Hava Limanına çatan bin Tarıkı İranın birinci vitse-prezidenti Məhəmməd Mohber qarşılayıb.

Oman sultanı tərkibində müdafiə, xarici işlər, iqtisadiyyat və investisiya nazirlərinin daxil olduğu böyük bir heyətlə Tehranda səfərdədir.

Bu, Sultanın 2020-ci ildə taxta çıxmasından sonra İrana ilk səfəridir.

Səfər regional barışıq dalğası, ən son olaraq Suriyanın Ərəb Liqasına üzvlüyünün bərpası və mart ayında Səudiyyə Ərəbistanı ilə İran arasında diplomatik münasibətlərin bərpası fonunda baş verir.

Xəzər
Cebhe.info