“Oyunun şərtlərini diktə etmək cəhdləri uğursuzluqla nəticələnəcək”
İsrail İran və Livana yeni zərbələr endirib.
Bu haqda “Times of Israel” məlumat yayıb.
İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Eyal Zamir son hücumları şərh edərək “Tehranın oyunun şərtlərini diktə etmək cəhdləri uğursuzluqla nəticələnəcək”, - deyib.
Hərbi zabit əlavə edib ki, İsrailin zərbəsi daha əhəmiyyətli və ciddi hərəkətlərə hazırlıqdır.
O, həmçinin qeyd edib ki, İsrail Livanda dayanmaq niyyətində deyil və “Hizbullah” hədəflərinə zərbələr endirməyə davam edəcək.
"Cebheinfo.az"

