Paşinyan Azərbaycana qaytarılan kəndlərdən danışdı: “Hansısa ev sərhəddə yerləşsə...”

Paşinyan Azərbaycana qaytarılan kəndlərdən danışdı: “Hansısa ev sərhəddə yerləşsə...”

“Hökumət Tavuş sakinlərinin yanındadır”. 

“Cebhe.info” xəbər verir ki, bunu  Baş nazir Nikol Paşinyan deyib. 

“Sərhəd harada olursa-olsun, bizim üçün əsas olan hüquqi bazadır, çünki bu keçid məntəqəsi Ermənistanın suverenliyinin əsasıdır”,-deyə o bildirib.

Paşinyan vurğulayıb ki, yol problemi ilə qarşılaşa bilərlər:

“Amma eybi yox, biz yeni yol çəkəcəyik. Əgər məlum olsa ki, hər hansı ev Ermənistanın sərhədində və ya sərhəd xəttindən kənarda yerləşir, o zaman bizim bu insanları tək qoymağımız, onlara dəstək olmamağımız və problemlərini elə həll etməməyimiz mümkün deyil”.

Xatırladaq ki, 4 kəndin Azərbaycana qaytarılması barədə artıq razılıq var.

Xəzər
“Cebhe.info”