Paşinyan sərhədlərin delimitasiyası üçün daha bir işçi qrup yaratdı

Paşinyan sərhədlərin delimitasiyası üçün daha bir işçi qrup yaratdı

Baş nazirin Nikol Paşinyanın qərarı ilə Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında Dövlət Sərhədinin Delimitasiyası və Sərhəd Təhlükəsizliyi Komissiyasının nəzdində Respublika Müdafiə Nazirliyinin nümayəndələrinin daxil olduğu işçi qrup yaradılıb. 

“Cebhe.info” bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir. 

İşçi qrupun tərkibinə Ermənistan Silahlı Qüvvələrin Baş Qərargahı, Milli Təhlükəsizlik Xidməti, Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi və Kadastr Komitəsinin nümayəndələri daxildir.

Qrupun işinin koordinasiyası Milli Təhlükəsizlik Xidmətinin departamentinin rəhbəri David Sənəmyana həvalə edilib.

Qrupun tərkibinə müdafiə nazirinin müavini Arman Sarkisyan, ərazi idarəetmə və infrastruktur nazirinin müavini Ovannes Arutyunyan, Baş Qərargah rəisinin müavini Karen Qriqoryan, Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının Sərhəd Dəstəsinin komandiri Edqar Hunanyan və başqaları da daxildir.

Xəzər
“Cebhe.info”