Paşinyandan sərhədlərlə bağlı yeni qərar

Paşinyandan sərhədlərlə bağlı yeni qərar

Baş nazir Nikol Paşinyanın qərarı ilə Ermənistan və Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi komissiyası nəzdində işçi qrupu yaradılıb.

“Cebhe.info”-nun məlumatına görə, bu barədə Ermənistan mediası açıqlama yayıb. 

Baş nazirin qərarı ilə işçi qrupu Bağanıs - Bağanıs Ayrım, Əskipara (Voskepar) - Aşağı Əskipara, Çaykənd (Kirants) - Xeyrimli və Bibiş (Berkaber) - Qızılhacılı yaşayış məntəqələri arasındakı sərhəd hissələrinə və yerində aparılan geodeziya ölçmələri nəticəsində ərazidə koordinatları müəyyən edilmiş əraziyə səfər edib. 

İşçi qrupuna sahə üzrə geodeziya mütəxəssisləri və kartoqraflar daxil ediləcək. Həmçinin qeyd edilir ki, işçi qrupunun fərdi tərkibi təsdiq ediləcək.

Qeyd edilir ki, qrupa Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Əks-kəşfiyyat Departamentinin rəisi (işin təşkili üzrə koordinator) David Sanamyan, Ermənistan müdafiə nazirinin müavini Arman Sarkisyan, Ermənistan ərazi idarəetmə və infrastruktur nazirinin müavini Ovannes Arutyunyan, Ermənistan Kadastr Komitəsinin sədr müavini Aram Quqarats, ER Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini Karen Qriqoryan, Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Edqar Hunanyan, Silahlı Qüvvələrin Baş Qərargahının Hərbi topoqrafik xidmətinin rəisi Sergey Petrosyan daxildir. 

Nikol Paşinyanın qərarı ilə müdafiə naziri, ərazi idarəetmə və infrastrukturlar naziri, Kadastr Komitəsinin rəhbəri və Milli Təhlükəsizlik Xidmətinin direktoruna qrupun işinə lazımi dəstəyin göstərilməsi tapşırılıb.

Digər işçi qrupuna Tavuş vilayətinin qubernatoru (işçi qrupunun rəhbəri) Hayk Qalumyan, Tavuş marzının Noyemberyan icmasının rəhbəri Arsen Ağababyan, Tavuş marzının İcevan icmasının rəhbəri Artur Çaharyan, Tavuş marzının Noyemberyan icmasının sədr müavini (razılıqla) Mher Ağamyan, Tavuş marzı Əskipara (Voskepar) kəndinin administrasiya rəhbəri İşxan Ağbalyan, Bağanis kəndinin administrasiya rəhbəri Gevorq Saakyan, Karvansaray (İcevan) rayonunun Bibiş (Berkaber) kəndinin administrasiya rəhbəri Tiqran Arutyunyan, Tavuş vilayətinin Çaykənd (Kirants) kəndinin administrasiya rəhbəri Kamo Şahinyan, Əskipara kənd sakini Serob Mahsudyan, Bibiş kənd sakini Suren Xudaverdyan və Çaykənd kənd sakini Andranik Nazaryan daxil edilib. 

Müşfiq Abdulla 
“Cebhe.info”