Pedofil qalmaqalı: Prezidenti istefaya məcbur etdi

Pedofil qalmaqalı: Prezidenti istefaya məcbur etdi

Macarıstan Prezidenti Katalina Novak istefa verib.

O, qərarını ictimai televiziyada açıqlayıb.

“Cebhe.info” xəbər verir ki, Novak prezidentlikdən getməsini uşaq evinin tanınmış pedofilinə uşaqlara qarşı cinsi zorakılıq etməkdə yardım edən və buna görə təqsirli bilinən məhkumun əfv olunması ilə əlaqələndirib. Prezident əmin edib ki, əfv olunan şəxsin törətdiyi cinayətdən onun xəbəri yoxdur. Prezident ictimaiyyətdən bağışlanmasını xahiş edib.

"Mən səhv etdim" deyən Novak əlavə edib ki, uşaqlara təcavüz edəni heç vaxt bağışlamayacaq.

Mətbuatda yayılan xəbərlərə görə, söhbət bir neçə uşağı 26 il uşaq evinə rəhbərlik edən pedofil direktora qarşı ifadəsini geri götürməyə məcbur edən direktor müavinindən gedir. Müstəntiqlərin fikrincə,  onlaırn hər ikisi 2004-cü ildən 2016-cı ilə qədər ən azı on yetkinlik yaşına çatmayan oğlana təcavüz edib. Direktor səkkiz il, müavini üç il dörd ay həbs cəzası alıb. Sonuncu 2023-cü ilin aprelində Macarıstan Prezidenti tərəfindən əfv edilib.

İndi isə məsələ mətbuata cııxıb və geniş ictimai narazılıq doğurub.

Xəzər
“Cebhe.info”