Peruda meşə yanğınları: 15 nəfər ölüb
Peruda iyul ayından bəri davam edən meşə yanğınlarında 15 nəfər həyatını itirib.
"Cebheinfo.az" xəbər verir ki, Peru Mülki Müdafiə rəsmilərinin verdiyi açıqlamaya görə, iyul ayından bu yana yanğınlar nəticəsində 15 nəfər həyatını itirib, onlardan 10-u son iki həftədə ölüb.
Səlahiyyətlilər yanğınlar nəticəsində 98 nəfərin xəsarət aldığını, 334 iribuynuzlu heyvanın tələf olduğunu, ən azı 3 min hektar əkin sahəsinin külə döndüyünü bildirib.
Rəsmilər yanğınların bəzilərinin Amazon bölgələrində olduğunu və bunun müdaxiləni çətinləşdirdiyini, buludların, tüstünün və küləyin havadan yanğınlara müdaxiləsini çətinləşdirdiyini qeyd edib.
Perunun Baş naziri Qustavo Adrianzen mətbuata verdiyi açıqlamada yanğınların "insan hərəkətləri nəticəsində" başladığını və ölkədəki 24 bölgədən 22-nin bu yanğınlardan zərər çəkdiyini bildirib.
Nigar Hacılı
"Cebheinfo.az"