Peskov: "Azərbaycan Rusiyanın böyük dostu, qonşusu və tərəfdaşıdır"

Peskov: "Azərbaycan Rusiyanın böyük dostu, qonşusu və tərəfdaşıdır"

"Azərbaycan Rusiyanın böyük dostu, qonşusu və tərəfdaşıdır və bu münasibətləri inkişaf etdirmək üçün hər iki tərəfdə siyasi iradə var".

"Cebhe.info" xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. 

“Azərbaycan böyük qonşu, dost, tərəfdaş və müttəfiqdir. Bizim çoxlu ümumi maraqlarımız, əməkdaşlıq üçün böyük potensialımız, ən əsası isə ikitərəfli münasibətlərimizin zəngin ənənələri var. Bu münasibətləri hərtərəfli davam və inkişaf etdirmək üçün hər iki tərəfdə siyasi iradə var”, -deyə o, jurnalistlərə Rusiyanın Azərbaycana böyük marağını nəyin şərtləndirdiyi ilə bağlı sualı cavablandırarkən deyib.

Xəzər

"Cebhe.info"