Pezeşkian Kazana gedir
İran lideri Məsud Pezeşkian Kazanda keçiriləcək BRİKS sammitində iştirak edəcək.
“Cebheinfo.az” xəbər verir ki, bunu İranın Rusiya Federasiyasındakı səfiri Kazım Cəlali təsdiqləyib.
"İran İslam Respublikasının prezidenti Kazanda keçiriləcək sammitdə iştirak edəcək", - TASS Cəlalidən sitat gətirib.
Bundan əvvəl Cəlali bildirib ki, “Mir” ödəniş sistemi 6 aydan sonra İranda tam şəkildə işə düşəcək.
BRİKS sammiti oktyabrın 22-dən 24-dək Tatarıstanın paytaxtında keçiriləcək. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, artıq 20-dən çox dövlət lideri tədbirdə iştirakını təsdiqləyib.
Xəzər
“Cebheinfo.az”