Prezident: "Şimalla birləşmək sabitliyi təmin edəcək"
“Vahid və nüvəsiz Koreya yarımadası Hind-Sakit okean regionunda sülh və sabitliyə töhfə verəcək. Yeni iqtisadi imkanlara yol açacaq".
Bunu Cənubi Koreya Prezidenti Yun Suk Yeol deyib.
"Cebheinfo.az"-ın "Yonhap"-a istinadən məlumatına görə, Yun Sinqapura səfərində konfransda çıxışında Şimali Koreya ilə Cənubu birləşdirməyi hədəfləyən “vahid Koreya” proqramı ilə bağlı açıqlamalar verib.
"Birləşmiş və nüvəsiz Koreya yarımadası Hind-Sakit Okean bölgəsində sülh və sabitliyə töhfə verəcək",-deyə Yun bildirib.
O, bu birləşmənin bölgədə naviqasiya təhlükəsizliyini də artıracağını bildirib.
"Şimali Koreyanın nüvə təhdidlərinin aradan qaldırılması beynəlxalq nüvə silahının yayılmaması rejimini gücləndirəcək. Bu, həm regionda, həm də regionlar arasında sülh və etimadın yaradılması səylərini xeyli artıracaq", - Yun deyib.
Yun birləşmiş Koreyanın Hind-Sakit Okean bölgəsindəki iqtisadi, o cümlədən təhsil və nəqliyyat infrastrukturu kimi bir çox sahədəki inkişafda təsirli olacağını deyib.
Nigar Hacılı
"Cebheinfo.az"