Putin Paşinyanı təbrik etməyə tələsmir

Putin Paşinyanı təbrik etməyə tələsmir

Rusiya Nikol Paşinyanı seçki qələbəsi münasibətilə təbrik etməzdən əvvəl Ermənistandakı səsvermənin rəsmi nəticələrini gözləməyə üstünlük verir. 

“Cebheinfo.az”-ın məlumatına görə, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə belə deyib. “Burada bəzi yekun rəsmi nəticələri gözləmək vacibdir. 

Rəsmi nəticələri gözləməyə üstünlük veririk”,-deyə Kremlin nümayəndəsi əlavə edib. Peskov bildirib ki, səsvermə zamanı Ermənistan tərəfindən çoxsaylı qanun pozuntuları barədə məlumatlar daxil olub. Ona görə də rəsmi nəticələr xüsusi əhəmiyyət kəsb edir. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”