Putindən rekord: Bir gündə 126 yeni qanun imzaladı

Putindən rekord: Bir gündə 126 yeni qanun imzaladı

Avqustun 9-da Rusiya Prezidenti Vladimir Putin bir gündə 126 yeni qanun imzalayaraq bütün zamanların rekordunu qırıb.

"Cebheinfo.az" xəbər verir ki, bu qanunlar immiqrantlar üçün yeni qaydalardan tutmuş gənclər üçün enerji içkisi qadağasına qədər müxtəlif məsələləri əhatə edir.

İmzalanan qanunların əsas məqamlarını təqdim edirik:

 - Yeni immiqrasiya qanunu Rusiyada qeyri-qanuni olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin deportasiyasını asanlaşdırır. Bundan əlavə, immiqrantların ölkədə qalma müddəti və hüquqları ilə bağlı daha sərt nəzarətlər tətbiq edilir.

- Rusiyada 18 yaşdan aşağı gənclərə enerji içkilərinin satışı qadağandır. Bu qadağa gənclərin sağlamlığını qorumaq üçün tətbiq edilib və satış məntəqələrinə bununla bağlı ciddi nəzarət edilməsi planlaşdırılır.

- Yeni qanunlar arasında “kreativ (innovativ) sənaye” anlayışını müəyyən edən və bu sektorlara dövlət dəstəyini nəzərdə tutan normativ hüquqi aktlar var.  Hər bir bölgəyə kreativ iqtisadiyyatın və əlaqəli sahələrin inkişafı üçün prioritet sahələri seçmək səlahiyyəti verildi.

- Putinin imzaladığı qanunlar arasında hamilə qadınlar, qocalar və əlillər üçün sosial yardımın artırılmasını nəzərdə tutan qaydalar da var.  Xüsusilə, hamilə qadınların işdən çıxarıldığı təqdirdə alacaqları yardımın məbləği artırılıb.

Bundan əlavə, Putinin imzaladığı qanunlara mədənçilik fəaliyyətinin leqallaşdırılması, miras qalmış əmlakın qorunması və sosial media istifadəçilərinin şəxsiyyət məlumatlarının məcburi şəkildə paylaşılması kimi qaydalar da var.

Nigar Hacılı 
"Cebheinfo.az"