Qalibafdan Trampa: "Digər dillərdə daha səlis danışırıq"

Qalibafdan Trampa: "Digər dillərdə daha səlis danışırıq"

İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-yə öhdəliklərini pozmamaq barədə xəbərdarlıq edib.

“Cebheinfo.az” xəbər verir ki, o,"Biz diplomatiya dilinə üstünlük veririk, amma digər dillərdə daha səlis danışırıq. Öhdəliklərinizi pozun və biz ən yaxşı bildiyimiz dilə keçəcəyik", - deyə “X” sosial media səhifəsində yazıb.

O, bu şərhi Prezident Donald Trampın Hörmüz boğazı üzərində ABŞ-yə məxsus “Apaçi” hücum helikopterinin vurulmasında Tehranı birbaşa günahlandırmasından və ABŞ-nin cavab verməyə məcbur olduğunu bəyan etməsindən qısa müddət verib.

Xatırladaq ki, Qalibaf bu ilin aprel ayında ilkin atəşkəs razılaşması bağlanandan bəri İran tərəfdən danışıqlar prosesinə rəhbərlik edir.

Xəzər
"Cebheinfo.az"