Qəbilələr arasında qanlı savaş: Onlarla ölü var
Papua Yeni Qvineyada iki qəbilə arasında münaqişəyə çevrilən mübahisə nəticəsində ən azı 30 nəfərin həyatını itirdiyi bildirilib.
"Cebheinfo.az" xəbər verir ki, Sakar qəbiləsinin üzvləri avqust ayında rəqibləri Piandeyə məxsus torpaqda məskunlaşdıqdan sonra Papua Yeni Qvineyanın mərkəzində Porgera qızıl mədəninin yaxınlığında iğtişaşlar yaşanır. Sülh danışıqları nəticəsiz qaldıqdan sonra iki qəbilə arasındakı mübahisə münaqişəyə çevrilib.
Polisin verdiyi açıqlamada qarşıdurmada ən azı 30 nəfərin həyatını itirdiyi qeyd edilib. Polis təhlükəsizlik qüvvələrinə qarşıdurmanı dayandırmaq üçün göstəriş verildiyini açıqlayıb. Gecə boyu spirtli içki satışının qadağan edildiyini və komendant saatı tətbiq olunduğu açıqlanıb. Qarşıdurmalar zamanı binalar yandırılıb, bölgədəki məktəblər, xəstəxanalar və dövlət idarələri bağlanıb.
Kanadanın Papua Yeni Qvineyada ikinci ən böyük mədəni olan Porgera qızıl mədəni münaqişənin şiddətlənməsindən sonra qısa müddətə fəaliyyətini dayandırıb.
Nigar Hacılı
"Cebheinfo.az"