Qətərdən Hindistana böyük jest

Qətərdən Hindistana böyük jest

Qətər məhkəməsi Hindistanın 8 vətəndaşının edam hökmündən verdiyi apellyasiya şikayətinə baxıb və nəticədə onlar sərbəst buraxılıb.

"Cebhe.info" xəbər verir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sərbəst buraxılan 8 nəfərdən artıq 7-si Hindistana qayıdıb.

Xatırladaq ki, bir qrup Hindistan vətəndaşı 2022-ci ilin avqustunda Qətərdə İsrailin xeyrinə casusluq ittihamı ilə saxlanılıb.

Onların hamısı əvvəllər Hindistan hərbi gəmilərinə komandanlıq etmiş yüksək rütbəli zabitlər də daxil olmaqla, Hindistan Hərbi Dəniz Qüvvələrinin keçmiş əməkdaşlarıdır. 

“India Today” jurnalının məlumatına görə, Hindistan dəniz zabitləri Qətərin sualtı proqramında iştirak ediblər və Qətər tərəfi bu məlumatı İsrailə ötürməkdə ittiham olunur.

Nigar Hacılı 
"Cebhe.info"